Türkiyənin iki nazirinə sanksiya tətbiq edildi -

Türkiyənin iki nazirinə sanksiya tətbiq edildi - ABŞ-dan şok qərar

ABŞ Türkiyənin Ədliyyə və Daxili İşlər nazirlərinə sanksiya tətbiq edib.

Sputnik-in Türkiyə bölməsinin məlumatına görə, bu barədə Ağ Evin sözçüsü Sara Sanders məlumat verib.

Sanksiyalara səbəb kimi amerikalı rahib Endryu Bransonun həbsi göstərilib.

Sanksiyaya əsasən, sözügedən nazirlərin ABŞ-la əlaqələri məhdudlaşdırılır. Onların bir sıra ölkələrə, o cümlədən ABŞ-a girişi qadağan edilir. Həmçinin nazirlərin ABŞ-da hər hansı mülkləri varsa, onlar da hökumət tərəfindən müsadirə edilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi