Türkiyəyə vəd edilən 6 milyard dərhal ödənməlidir - Macarıstan

Türkiyəyə vəd edilən 6 milyard dərhal ödənməlidir - Macarıstan 

Avropa Birliyi (AB) ən qısa müddətdə Türkiyəyə vəd etdiyi 6 milyard avronu ödəməlidir.

Bunu Macarıstanın Xarici İşlər naziri Piter Siyyarto Vişeqrad qrupu ölkələrinin (V4) XİN rəhbərləri arasında videokonfrans vasitəsilə keçirilən iclasda deyib.

“Əgər Türkiyə qaçqın dalğasını dayandırmasa, biz Orta Avropa ölkələri olaraq miqrasiya böhranı ilə üzləşəcəyik. Miqrantlar Türkiyə-Yunanıstan sərhəddini keçərlərsə, bir neçə gündən sonra Macarıstanın cənub sərhədlərinə çatacaqlar. Biz belə bir vəziyyətlə qarşılaşmaq istəmirik. Buna görə də AB qısa müddətdə Türkiyəyə vəd etdiyi 6 milyard avronu ödəməlidir”, - nazir bildirib./axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi