Türklərin qanını qaynadan klip rekord qırdı

Türklərin qanını qaynadan klip rekord qırdı 

Türkiyənin tanınmış və sevilən sənətçisi Uğur İşılakın türk dünyasının hər yerində sevilən “Dombra” əsərinə çəkilən yeni klipi rekord qırır.

Klip cəmi 11 gündür yayımlanmasına baxmayaraq, Yutub sosial şəbəkəsində baxış sayı 6,5 milyonu ötüb. Türk dünyasının hər yerində böyük maraqla qarşılanan klip bizin kanallarımızda da tez-tez yayımlanır.

Qeyd edək ki, klipdə türk millətinin tarixi, mədəniyyəti və ən başlıcası, ruhu öz əksini tapır.

Uğur İşılak buna qədər də türk tarixi və mədəniyyətini əks etdirən əsərlər və albomlar hazırlayıb. Bunların arasında Mehmet Akif Ərsoyun, Sultan Səlim, Sultan Süleyman və Sultan Fatehin şeirlərinə bəstlənmiş əsərləri, Nəcib Fazıl Qısakürək albomunu və s. göstərmək olar.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi