Türkmənistan prezidenti avtoşluq etdi

Türkmənistan prezidenti avtoşluq etdi 

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov yarış maşınını şəxsən sınaqdan keçirib.

Prezidentin sınağı Türkmənistan DİN tərəfindən sosial şəbəkədə yerləşdirilib.

Türkmən lider Milli Avtomobil İdmanı Mərkəzini ziyarət edib və qərara gəlib ki, yeni alınan BMV M3 yarış maşınını şəxsən sınaqdan keçirsin.

Prezident yarış şosesinə çıxıb və 100 km sürəti 4,3 saniyəyə yığan 431 at gücünə malik maşınla avtoşluq edib.

Qeyd edilir ki, Berdiməhəmmədov gəncliyində avto-idmana maraq göstərib və müxtəlif avto-müsabiqələrdə iştirak edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi