"Üç ay ərzində taliblər darmadağın ediləcəklər" - Prezident əmin edir

"Üç ay ərzində taliblər darmadağın ediləcəklər" - Prezident əmin edir 

Yaxın üç ay ərzində taliblər darmadağın ediləcəklər, Əfqanıstanda təhlükəsizlik isə əhəmiyyətli dərəcədə möhkəmlənəcək.

Bu barədə iyulun 14-də ölkə Prezidenti Əşrəf Qani Məzari-Şərifdə (Bəlx əyaləti) yerli ictimiyyət qarşısındakı çıxışı zamanı bəyan edib.

«Ölkədə təhlükəsizliklə bağlı vəziyyət yaxın üç ay ərzində əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Taliblər məğlub olacaqlar, onlar tərəfindən ələ keçirilmiş bütün ərazilər isə geri qaytarılacaq» - Prezident bildirib.

Bu zaman Qani qeyd edib ki, «Taliban» hərəkatı üzərində qələbə çalmaq üçün milli birlik qaçılmazdır. Bəlxin qubernatoru Mohəmməd Fərhad Əziminin sözlərinə görə, təhlükəsizlik qüvvələri hər şeylə bərabər, əyalətin şimalındakı Heyraton limanının müdafiəsi üzrə planı müzakirə edirlər. Bu liman və Amudərya çayı üzərində sərhəd keçidi Özbəkistanla sərhəddə yerləşir. Xəbər verildiyi kimi, son aylar Bəlx əyalətinin 9 rayonu taliblərin nəzarəti altına keçib. Əyalətin bəzi yaşayış məntəqələrində islamçılara qarşı durmaq üçün yerli özünümüdafiə qrupları yaradılıb.

Taliblərin bəyan etdiklərinə görə, hərəkat Əfqanıstan ərazisinin 85 faizinə nəzarət edir - İranla, Çinlə, Pakistanla, Tacikistanla və Türkmənistanla sərhəd rayonlarındakı açar keçid məntəqələri də daxil olmaqla./AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi