Ukrayna daha bir “F-16”-sını itirdi - Pilot sağdır

Ukrayna daha bir “F-16”-sını itirdi - Pilot sağdır 

Ukrayna Hərbi Hava Qüvvələri(HHQ) ötən gecə daha bir “F-16” təyyarəsini itirib.

Ukrayna HHQ-nin rəsmi məlumatına görə, mayın 16-da saat 03:30 radələrində “F-16” təyyarəsi ilə əlaqə kəsilib. Həmin vaxt Ukrayna qırıcı təyyarəsi Rusiyanın hava hücumunu dəf etmək missiyasını yerinə yetirirdi.

İlkin məlumatlara görə, pilot üç hava hədəfini məhv edib, dördüncüsünü vurarkən təyyarədə ştatdan kənar vəziyyət yaranıb: "Pilot təyyarəni yaşayış məntəqəsindən uzaqlaşdırıb və uğurla katapult edib”.

Pilotun xəsarət almadığı və axtarış-xilasetmə qrupunun operativ işi sayəsində tez tapılaraq təxliyyə edildiyi bildirilir. Hərbi Hava Qüvvələri əlavə edib ki, bütün halları obyektiv şəkildə aydınlaşdırmaq üçün komissiya təyin edilib və o, artıq öz işinə başlayıb.

Bundan öncə, ötən il 26 avqustda Rusiyanın kütləvi raket hücumunu dəf edərkən, Ukrayna ilk “F-16”-nı və onunla birlikdə ən təcrübəli pilotu Aleksey Mesi itirmişdi.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi