Ukrayna dənizdə üstünlüyü ələ keçirir - Bu göstərici 100%-ə yaxınlaşıb

Ukrayna dənizdə üstünlüyü ələ keçirir - Bu göstərici 100%-ə yaxınlaşıb 

Ukrayna Silahlı Qüvvələrinin tətbiq etdiyi texnoloji innovasiyalar və dəniz dronları Rusiya Qara Dəniz Donanmasını faktiki olaraq iflic vəziyyətinə salıb. Nəticədə Rusiyanın dəniz bazalı "Kalıbr" qanadlı raketlərinin Ukrayna HHM qüvvələri tərəfindən vurulma göstəricisi rekor həddə - demək olar ki, 100 faizə çatıb.

Bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) dərc etdiyi son hesabatda bildirilir.

Analitiklərin qiymətləndirməsinə görə, Ukraynanın dəniz pilotsuz aparatları (PUA) Rusiya gəmilərini işğal altındakı Sevastopoldan Qrasnodar diyarındakı Novorossiysk limanına çəkilməyə məcbur etsə də, təhlükə aradan qalxmayıb. Ukrayna ordusu dəniz dronlarına FPV sistemlərini inteqrasiya edərək Qara və Azov dənizi hövzəsindəki Rusiya hərbi gəmilərinə, HHM mövqelərinə və liman infrastrukturuna dəqiq zərbələr endirməkdə davam edir.

ISW vurğulayır ki, bu zərbələr Qara Dəniz Donanmasının regionda sərbəst manevr etmək imkanlarını sıfırlayıb. Nəticədə ruslar "Kalıbr" raketlərini daha uzaq məsafələrdən atmağa məcbur olurlar ki, bu da raketlərin uçuş müddətini uzadır və Ukrayna HHM sistemlərinə onları tez aşkar edərək zərərsizləşdirməyə imkan verir.

Bununla belə, hərbi ekspertlər yeni təhlükə barədə də xəbərdarlıq edirlər. Məlumata görə, işğalçılar müvəqqəti işğal olunmuş Krımda pilotsuz katerlərin buraxılışı üçün ilk ixtisaslaşdırılmış hərbi baza inşa edirlər.

Əgər bu obyekt tam gücü ilə fəaliyyətə başlasa, Qara dənizdəki gəmiçilik marşrutları, xüsusilə Ukraynanın Odessa və Nikolayev sahili üçün yeni təhlükə mənbəyinə çevrilə bilər./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi