
Ukrayna ordusu Rusiyanın iki təyyarəsini vurdu
Ukrayna ordusu son sutka ərzində Krımda Rusiyanın iki təyyarəsini vurub.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında yazıb.
"Rusiyanın Su-30 təyyarəsinin PUA tərəfindən vurulması parlaq hadisədir. Ordumuz Krımdakı hərbi obyektlərdə əməliyyatı çox dəqiqliklə həyata keçirdi. Son 24 saatda düşmənin iki təyyarəsi vuruldu. Hərbi anbarları da məhv edilib”, - Zelenski vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Ukrayna ordusunun Rusiyanın Su-30 qırıcısını PUA ilə vurduğu haqda məlumat yayılmışdı.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın