"Ukrayna partizan müharibəsinə keçməli olacaq..."– Zelenski amerikalı senatorlara nəyi eyham vurub?

"Ukrayna partizan müharibəsinə keçməli olacaq..."– Zelenski amerikalı senatorlara nəyi eyham vurub? 

Beynəlxalq tərəfdaşların köməyi olmadan Ukrayna tammiqyaslı müharibənin ilk günündə olduğu kimi rus işğalçıları ilə təkbaşına döyüşməli olacaq və bu, çox çətindir. Lakin qələbədən başqa yol yoxdur.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Norveçin Baş naziri Jonas Qahr Stere ilə birgə brifinqdə deyib.

Bundan öncə isə Zelenski amerikalı senatorlarla görüşündə qeyd edib ki, ABŞ və Aİ-dən maliyyə və hərbi yardım dayansa, Ukrayna 45 yaşdan yuxarı kişiləri orduya çağırmalı və partizan müharibəsinə keçməli olacaq.

“The Moscow Times” yazır ki, respublikaçı senator Ron Consonun sözlərinə görə, Ukrayna Prezidenti resurs çatışmazlığı səbəbindən Kiyevin işğalçı qüvvələrə qarşı partizanlardan istifadə edərək qeyri-ənənəvi taktikaya keçmək məcburiyyətində qalacağına eyham vurub. Conson bunu ABŞ-nin hərbi müdaxiləsi zamanı Əfqanıstan və İraqda baş verənlərlə müqayisə edib.

Senatorlarla danışıqlardan sonra Zelenski onların dəstəyini hiss etdiyini bildirib, baxmayaraq ki, Konqres hələ də Ukraynaya 61 milyard dollar ayırmağa razı olmayıb və bu məsələni 2024-cü il yanvarın ortalarına qədər təxirə sala bilər. “Biz bilirik ki, bir sözlər var, bir də nəticə. Odur ki, nəticəyə ümid edəcəyik”, - deyə Ukrayna Prezidenti əlavə edib./AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi