![Ukrayna PUA-ları Osetiyaya da çatıb - Hərbi aerodromu hədəf alıblar](https://www.faktinfo.az/uploads/posts/adc00c0b9ab3bf5c7042eca6ae56ca02.jpeg)
Ukrayna PUA-ları Osetiyaya da çatıb - Hərbi aerodromu hədəf alıblar
İyunun 8-də Rusiyanın Şimali Osetiya bölgəsinə ilk dəfə olaraq PUA hücumu qeydə alınıb.
Faktinfo.az Azpolitika.info-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Regionun qubernatoru isə hava hücumundan müdafiə qüvvələrinin Mozdokda üç PUA vurduğunu deyib: “İlkin məlumata görə, PUA-lar Ukrayna tərəfdən gəlib. Onların hədəfi hərbi aerodrom idi”.
Qeyd edək ki, Mozdok aerodromundan “MiQ-31K” və “Tu” təyyarələri havaya qalxaraq Ukraynanı bombalayır. Şimali Osetiya döyüş zonasından təxminən 900 km uzaqlıqdadır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın