“Ukrayna yeni ilə qədər işğal altındakı ərazilərini azad edəcək” –

“Ukrayna yeni ilə qədər işğal altındakı ərazilərini azad edəcək” – General Hodces

“Ukrayna yeni ilə qədər 24 fevraldan əvvəlki sərhədlərini bərpa edəcək. Putin isə Avropada yeni qaçqın böhranı yaratmaq üçün, Ukraynadakı bütün elektrik stansiyalarını bombalamağa çalışacaq”.

AzPolitika.info xəbər verir ki, bunu ABŞ-ın Avropadakı keçmiş komandanı Ben Hodces Vestminsterdə Geostrategiya Şurasının təşkil etdiyi tədbirdə çıxış edərkən deyib.

Hodces qeyd edib ki, Ukrayna Krım istisna olmaqla, iki ay ərzində cənub və şərqdə minlərlə kvadrat mil ərazini işğaldan azad etməyə qadirdir: “Əminliklə deyə bilərəm ki, Ukrayna bu müharibəni qalib başa vuracaq. Qarşıda hələ aylarla davam edəcək ağır döyüşlər var. Ancaq min ilərdir davam edən müharibələr bizə öyrətdi ki, müharibə iradə sınağıdır və hər şey maddi-texniki təminatdan asılıdır. Şübhəsiz ki, iradə baxımından Ukrayna əsgərləri rus hərbçilərindən daha üstündür və aydın məsələdir ki, səkkiz-doqquz aylıq müharibədən sonra Rusiyanın maddi-texniki bazası dağılmaq üzrədir”.

General Hodces hesab edir ki, Putin Ukrayna şəhərlərini və elektrik stansiyalarını atəşə tutmaq taktikasını davam etdirəcək: “Rusiya, qış yaxınlaşdıqca, Ukrayna şəhərlərini yaşayış üçün yararsız hala salmağa çalışacaq. Nəticədə yüz minlərlə ukraynalı qaçqın yenidən Avropaya sığınmalı olacaq. Əgər enerji böhranı həll olunmasa, bu qaçqın ordusu Avropada problemlərə səbəb olacaq. Hazırda Kremlin əsas istəyi məhz budur”.

Hodces Putinin bu taktikasının qarşısını almaqdan ötrü Ukraynanın Qərb müttəfiqlərini şəhərləri və elektrik şəbəkələrini qorumaq üçün zenit raketləri verməyə çağırıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi