Ukraynanın Infrastruktur naziri Aqrar Universitetə səfər edib

Ukraynanın Infrastruktur naziri Aqrar Universitetə səfər edib - FOTOLAR

Bu gün, Ukraynanın Infrastruktur naziri Vladislav Krikliya Gəncə şəhərinə səfəri çərçivəsində nümayəndə heyəti ilə birlikdə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) səfərdə olublar.

ADAU-dan  Faktinfo.az-a verilən məlumata görə,görüşdə rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov cənab Prezidentin son 5 ildə 3 dəfə Aqrar universitetdə olması, Şərqi Avropada analoqu olmayan yeni tədris korpusu, təhsil müəssisəsinin maddi-texniki bazası, beynəlxalq əlaqələrin inkişafı, ikili diplom proqramları haqqında naziri ətraflı məlumatlandırıb.

Nazir Vladislav Krikliya Universitet barədə təəsüratlarının müsbət olduğunu, Odessa Dövlət Aqrar Universiteti ilə başlayacaq əməkdaşlığın da gələcək əlaqələrin inkişafına böyük səmərə verəcəyini bildirib.

Sonra Odessa Dövlət Aqrar Universitetinin rektoru, baytarlıq elmləri doktoru, professor Mixayıl Broşkov əməkdaşlıq və imkanlar barəsində geniş məlumat verib, ADAU ilə yaxın əlaqələr qurmaqda maraqlı olduqlarını bildiriblər. Nəticədə onlayn formada keçirilən görüşdə nazir Vladislav Krikliyanın iştirakı ilə müəllim, tələbə mübadilələri, qarşılıqlı dərsliklərin yazılması, ixtisaslaşmış şuraların yaradılması barəsində əməkdaşlıqmemorandumu imzalanıb.

Ukraynanın Infrastruktur naziri Aqrar Universitetə səfər edibUkraynanın Infrastruktur naziri Aqrar Universitetə səfər edibUkraynanın Infrastruktur naziri Aqrar Universitetə səfər edibUkraynanın Infrastruktur naziri Aqrar Universitetə səfər edibUkraynanın Infrastruktur naziri Aqrar Universitetə səfər edibUkraynanın Infrastruktur naziri Aqrar Universitetə səfər edib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi