Ukraynaya yarım milyon mərmi göndərilir
Ukrayna 2024-cü ilin sonuna kimi 500 min artilleriya mərmisi alacaq.
Bunu Çexiya Baş naziri Pyotr Fiala deyib.
“Məqsədimizə çatacağıq - Ukraynaya 500 min iriçaplı mərmi göndərəcəyik. Belə sursatların tədarükü ilə Ukraynaya hərbi dəstəyin göstərilməsi fasiləsiz davam edəcək”, - Fiala bildirib.
Onun sözlərinə görə, Çexiya bu sahədə ən çox Danimarka və Niderlandla əməkdaşlıq edir./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın