Ümummilli Liderin xatirəsi Quba rayonunda ehtiramla yad edildi

Ümummilli Liderin xatirəsi Quba rayonunda ehtiramla yad edildi - FOTOLAR

12 dekabr 2023-cü il tarixdə böyük dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfatının iyirminci ildönümü ilə əlaqədar Ulu Öndərin Quba şəhərində adını daşıyan mədəniyyət və istirahət parkındakı abidəsi səhər saatlarında Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və digər bir qrup rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət edilmiş, sonra isə Quba rayon Heydər Əliyev Mərkəzində “Əbədiyaşar Lider” mövzusunda tədbir təşkil olunmuşdur.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi Elcan Süleymanov,şəhid anası Qalina Şirinbəyova,Quba rayon Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsini icra edən Sevinc Səlimova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbəsi Rəşad Abdullayev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə geniş nəzər salmış, daha sonra tədbirdə "Azərbaycanın memarı" filmi nümayiş etdirilmişdir.

Faktinfo.az







Ümummilli Liderin xatirəsi Quba rayonunda ehtiramla yad edildiÜmummilli Liderin xatirəsi Quba rayonunda ehtiramla yad edildiÜmummilli Liderin xatirəsi Quba rayonunda ehtiramla yad edildiÜmummilli Liderin xatirəsi Quba rayonunda ehtiramla yad edildiÜmummilli Liderin xatirəsi Quba rayonunda ehtiramla yad edildiÜmummilli Liderin xatirəsi Quba rayonunda ehtiramla yad edildiÜmummilli Liderin xatirəsi Quba rayonunda ehtiramla yad edildiÜmummilli Liderin xatirəsi Quba rayonunda ehtiramla yad edildiÜmummilli Liderin xatirəsi Quba rayonunda ehtiramla yad edildiÜmummilli Liderin xatirəsi Quba rayonunda ehtiramla yad edildiÜmummilli Liderin xatirəsi Quba rayonunda ehtiramla yad edildi
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi