
UNEC də özünə ŞÜBHƏLİ TENDER ORTAĞI seçib - DETALLAR
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tədris korpuslarının və inzibati binalarının iklimləndirmə sistemlərinə xidmət göstərilməsi məqsədilə keçirdiyi 41.724,80 AZN dəyərindəki satınalma müsabiqəsinin qalibi dövlət büdcəsinə vergi borcu olan "ABABİL CONSTRUCTİON GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilmişdi.
32gun.az-ın əldə etdiyi məlumata görə, tərəflər arasında satınalma müqaviləsi artıq rəsmən imzalanıb. Maraqlı və diqqətçəkən məqam isə odur ki, müqavilənin rəsmiləşdirilməsinə baxmayaraq, şirkətin 21.529,92 AZN məbləğində vergi borcu hələ də qalmaqdadır.
Rəsmi registr məlumatlarına əsasən, nizamnamə kapitalı cəmi 10 AZN olan müəssisənin hüquqi ünvanı Cəbrayıl rayonu, Daş-Veysallı kəndi, ev 350 ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi isə Faxrəddin Camalov Alı oğludur.
Dövlət büdcəsinə 21.5 min manatdan çox vergi borcu olan və cəmi 10 manat kapitalı bulunan bir şirkətə ölkənin aparıcı ali təhsil müəssisəsinin iklimləndirmə sistemlərinin bərpasının tapşırılması suallar doğurur.
Xatırladaq ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru iqtisad elmləri doktoru, professor Ədalət Cəlal oğlu Muradovdur.














Bu xəbər üçün şərh yazın