Ünvanlı sosial yardım alan hər bir ailəyə əlavə 100 manat veriləcək

Ünvanlı sosial yardım alan hər bir ailəyə əlavə 100 manat veriləcək –Prezident sərəncam verdi

Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncam imzalayıb.

Faktinfo.az  xəbər verir ki, sərəncama əsasən, 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək.

Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılıb.

Sərəncamda Nazirlər Kabinetinə, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə müvafiq tapşırıqlar verilib.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi