Varlı ərindən boşandı

Varlı ərindən boşandı –Milyarder oldu (FOTO)

Dünyanın ən varlı kişisi Ceff Bezosdan boşanan MakKenzi 35 milyard dollarlıq sərvətə sahib olub. O, hazırda planetin dördüncü ən varlı qadınıdır

AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, Jeff Bezos 114 milyard dollarlıq sərvətinin üçdəbirini keçmiş həyat yoldaşına verməyə razı olub. Bundan başqa, onun sahibi olduğu “Amazon” şirkətinin səhmlərinin 4 faizi də MakKenziyə çatacaq.

MakKenzi Bezos Bloomberq agentliyinin milyarderlər reytinqində də 23-cü ən varlı adam olub. Dünyanın ən varlı qadını isə Loreal firmasının varisi Fransuaz Bettenkort Meyersdir. Onun 53,7 milyard dollarlıq sərvəti var. İkinci yeri 44,2 milyard dollarla “Valmatrs”ın sahibinin qızı Elis Volton tutur. MakKenzidən daha bir varlı qadın 37 milyard dollar sərvətə sahib olan Jaklin Badqer Marsdır.

Boşanmış MakKenzinin “Blue Origin” kosmik şirkətində “Washington Post” qəzetində də paya sahib olacağı bildirilir.

 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi