Venesuelada hakimiyyət dəyişikliyi neftin qiymətini kəskin ucuzlaşdıra bilər-

Venesuelada hakimiyyət dəyişikliyi neftin qiymətini kəskin ucuzlaşdıra bilər- Qiymət 50 dollardan aşağı...-Ekspert

“Daha bir neft ölkəsi dünyanın diqqət mərkəzinə çevrilib. ABŞ və Kanada başda olmaqla dünyanın bir sıra ölkələrinin Venesuelada müxalifət lideri Juan Guaidonu həmin ölkənin keçici rəhbəri kimi tanıması Nikolas Maduro hökumətini çətin vəziyyətə salmaqla yanaşı, qlobal bazarlara da təsirsiz ötüşməyəcək”.

Bu barədə iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Ekspert hesab edir ki, Venesueladakı gərginlik qısa müddətli dövrdə neftin dünya bazar qiymətinin yüksəlməsinə səbəb ola bilsə də, orta və uzun müddətli prespektivdə “qara qızılın” qiymətində kəskin enişlərə səbəb olacaq: “Doğrudur, sözügedən ölkədə vəziyyət gərginləşəcəyi və ABŞ sanksiyaların güclənəcəyi halda neftin qiymətində qısa müddətli artım istisna olunmur.

Hasilat həcminə görə ilk onluğa belə düşə bilməyən Venezuelanın gündəlik neft hasilatı 2 milyon 276 min bareldir. Bu gündəlik qlobal neft təklifinin 2.2 faizi deməkdir. 300 milyard bareldən çox neft ehtiyatları ilə dünyada ən çox nefti olan Venezuela hasilat həcminə görə iki rəqəmli mövqedə olsa da Guaido dövrü başladığı halda amerikan kapitalı ilə istehsalın artacağı gözləniləndir. İllik 3 milyon faiz infilyasiyaya malik olan Venezuelada yeni dövr başladığı halda hökumət “daha çox neft satıb daha çox gəlir əldə etməyə” çalışacaq. İndiki halda bu ölkəyə valyutanın daxil olmasının başqa yolu da, demək olar, yoxdur. Bu isə o deməkdir ki, Vaşinqton meyilli gəncin Venesuelada hakimiyyəti gəlməsi dünya neft bazarında təklifi kəskin artıra bilər. Bu halda isə OPEK-nin istənilən səyinə baxmayarq neftin bir barelinin dünya bazar qiymətinin hətta 50 dollardan aşağı düşəcəyi də istisna olunmur”.

V.Bayramov daha sonra qeyd edib ki, 2019-cu il öncədə proqnozlaşdırıldığı kimi dünya iqtisadiyyatı və qlobal bazarlar üçün heç də asan olmayacaq. Bundan ən çox təsirlənən isə, təbii ki, neftin qiyməti olacaq.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi