Venesuelada hərbi çevriliş başladı

Venesuelada hərbi çevriliş başladı - Video

Venesuelada hərbi çevrilişə cəhd edilir.

Qaynarinfo.az xəbər verir ki, bu barədə Venesuela hökuməti məlumat yayıb.

Bildirilib ki, müxalifətlə əlaqəli bir qrup əsgər hərbi çevrilişə cəhd edir və hökumət qüvvələri addıma müdaxilə etməyə çalışır.

Venesuela Milli Məclisinin rəhbəri Xuan Quaido Karakas hərbi bazasında çıxış edərək hərbi qiyam elan edib. Görüntülərdə Quaydonun ətrafında əsgərlər və həbs edilmiş fəal Leopoldo Lopez görünür. Lopez hərbçilər tərəfindən ev dustaqlığından azad edilib.

Qeyd edək ki, Venesuelada aylardır siyasi qeyri-sabitlik hökm sürür. Ölkə prezidenti Nikolas Madurodur, lakin müxalifət lideri Xuan Quaido özünü Venesuelanın müvəqqəti-prezidenti elan edib və Maduronun istefasını tələb edir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi