Venesuelaya hərbi müdaxilə ola bilər? – Putin sözünü dedi

Venesuelaya hərbi müdaxilə ola bilər? – Putin sözünü dedi 

Rusiya və Çinin sərt mövqeyi Venesuelaya qarşı hərbi aqressiyaya imkan verməyəcək.

Bu sözləri Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin üzvü Oleq Morozov deyib.

“Biz dəqiq siqnal verdik ki, Venesuelanın daxili işlərinə qarışmağa imkan verməyəcəyik. Daxili krizisi necə həll etmək venesuelalıların işidir. Biz Venesuelanın qanuni hakimiyyəti ilə (Maduro nəzərdə tutulur – red.) işləməyə davam edəcəyik. Və bunu hamı – rejimi konstitusiya zidd olaraq dəyişmək istəyənlər anlamalıdırlar”.

Qeyd edək ki, Venesuela parlamentinin spikeri Xuan Quaido prezident səlahiyyətlərini icra etməyə başladığını elan edib və Maduroya qarşı xalqı mitinqə çağırıb. Bunun ardınca ABŞ başda olmaqla, dünyanın bir çox ölkəsi Quaidonu prezident əvəzi kimi qəbul etdiyini açıqlayıb.

Qanuni prezident Maduronu ölkə daxilində hökumət dəstəkləyir, xarici ölkələrdən isə Rusiya, Çin və Türkiyə qəti mövqe bildiriblər./Axar.az/

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi