Vətən Müharibəsi qazisi: “Azərbaycanca “kəşfiyyatdır, atmayın” deyib, bizi aldatdılar” - VİDEO

Vətən Müharibəsi qazisi: “Azərbaycanca “kəşfiyyatdır, atmayın” deyib, bizi aldatdılar” - VİDEO 

Vətən Müharibəsində yaralanan qazilərimizdən biri Muradxan Oruclu savaşda başına gələnləri danışıb.

Qazimizin necə yaralanması haqqında danışarkən bildirib ki, o, qələbəyə bir gün qalmış Kəlbəcərdə minaya düşüb.

Qəhrəman əsgərimiz həmçinin qeyd edib ki, müharibə dövründə üç dəfə müxtəlif vaxtlarda düşmən mühasirəsinə düşüblər:

"Qarşıda ermənilər olduğunu bilirdik və onları atəşə tutduq. Birdən Azərbaycan dilində səs gəldi ki, atmayın, kəşfiyyatdır. İnandıq onlara və atəşi saxladıq. Sən demə erməni xüsusi təyinatlıları imiş və bizi aldatdılar. Azərbaycan dilində çox təmiz danışırdılar. Orda komandirimiz və qabaqda gedən yoldaşlarımız şəhid oldular”.

Ətraflı Baku TV-nin hazırladığı reportajda

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi