Vidadi Zeynalovla Beytulla Hüseynovun cəzası azaldıldı, digərləri azadlığa çıxdı –Məhkəmə qərarı

Vidadi Zeynalovla Beytulla Hüseynovun cəzası azaldıldı, digərləri azadlığa çıxdı –Məhkəmə qərarı 

Bu gün Bakı Apellyasiya Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

Hakimlər Kollegiyasının qərarına əsasən, Vidadi Zeynalovun cəzası 4 ilə, Beytulla Hüseynovun cəzası 7 il 6 aya endirilib.

 Emin Məmmədov və Anar Mustafayev barəsində 2 il müddətinə şərti cəza, Qəmbər Bəybalayevlə Namazalı Məmmədov barəsində isə şərti cəza seçilib və onlar iclas zalından azadlığa buraxılıblar

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi