Vüqar Səfərli də korrupsiya yolu ilə əldə etdiyi əmlakını geri istəyir –

Vüqar Səfərli də korrupsiya yolu ilə əldə etdiyi əmlakını geri istəyir – Ailə üzvləri şikayət edib

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin ailə üzvləri və onunla birgə tutulan digər şəxslər, barələrində çıxarılmış hökmdən kassasiya şikayəti veriblər.

V.Səfərlinin oğlu Seymur və Samir Səfərlilər həmçinin Ali Məhkəməyə müraciət edərək müsadirə olunmuş əmlakların geri qaytarılmasını tələb edirlər.

Məhkəmənin ilkin hazırlıq iclası fevralın 28-nə təyin olumub.

Qeyd edək ki, V.Səfərli 2021-ci ilin yanvarında həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay, həmin cinayət işi üzrə təqsirləndirilən “Portos” MMC-nin direktoru Nadir Məmmədov isə 6 il müddətinə azadlıqdan məhrum olunublar. Digər təqsirləndirilən şəxslər, Telman Tahirov, Şahin İbrahimov və Ədalət Vəliyevə müəyyən sınaq müddəti seçilməklə şərti cəza verilib.

V.Səfərlinin Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli 9 küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi, Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18A (49 kv/m) ünvanı, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 hektarlıq torpaq sahəsi, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 hektarlıq torpaq sahəsi müsadirə olunub.

Müsadirə olunan əmlaklar siyahısında ona məxsus “Mercedes Benz ML 350”, “Volkswagen Tuareg” və “Toyota Land Cruiser” markalı avtomobilləri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192.8 kv/m-lik bağ evi, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 291 kv/m-lik bağ evi, oğlu Seymur Səfərliyə məxsus Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi də var.

Məhkəmənin hökmünə əsasən, V.Səfərlinin həmçinin “Rabitəbank” ASC-də hesabında olan 300 min manat, həmin bankda oğlunun hesabında olan 500 min manat və Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat vəsait müsadirə edilib./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi