Xaricdən söyənlərə kimin pul verdiyi açıqlandı-

Xaricdən söyənlərə kimin pul verdiyi açıqlandı- "Böyük Britaniyada bir qadın var..."

Bu cür insanlar istəyir ki, diqqəti öz üzərindən yayındırsın.

Bu sözləri Speys TV-nin “Sadə Həqiqətlər” verilişinin qonağı olan millət vəkili, YAP İcra katibinin müavini Siyavuş Novruzov xaricdən ölkəmizə qarşı söyüş kampaniyası aparanlar və ölkə daxilindən onlara məlumat və maliyyə ötürənlər haqda sualı cavablandırarkən deyib.

Deputat bildirib ki, bu şəxslər törətdikləri əməli yaddan çıxarmaqdan ötrü həmən insanlara (xaricdən Azərbaycana qarşı kampaniya aparanlara – red.) dəstək göstərirlər:

“Məsələn, Böyük Britaniyada bir qadın var (ABB-nin keçmiş rəhbəri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyeva nəzərdə tutulur – red.) - mən heç kəsin ailə məsələsinə qarışmıram və toxunmuram, ancaq bu fərqli məsələdir, – ordan diqqəti yayındırmaqdan ötrü bir neçə televiziya yaratdılar və Beynəlxalq Bankdan oğurlanan pullardan həmin şəxslərə verirlər. Bu cür hallar var”.

Millət vəkili qeyd edib ki, xarici kəşfiyyat hər adama pul ayırmır:

“Erməni lobbisi də hər adama pul ayırmır. Elə adam (xaricdə mühacir olan azərbaycanlı – red.) var ki, məsələn, Sankt-Peterburqda oturub, heç düz-əməlli tərcümeyi-halını yaza bilməz, amma internet televiziya açıb. Təbii ki, bunun arxasında duran, maliyələşdirən adamlar var. Ağıllı adam ona getməz. Onlar eləsini tapırlar ki, elə o ağılda olsun və o cür də danışsın. Ağlı yerində olan adam düşünər, fikirləşər, həyat bugündən ibarət deyil, bunun sabahı var...”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi