Xətai rayonunda 30-a yaxın avtomobildən oğurluq edilib

Xətai rayonunda 30-a yaxın avtomobildən oğurluq edilib 

Bir gecədə Bakının Xətai rayonunda 30-a yaxın avtomobildən oğurluq edilib. Naməlum şəxs və ya şəxslər ancaq ''Mersedes'' markalı minik avtomobillərinin arxa yan şüşələrini qıraraq, pul, telefon və digər qiymətli əşyaları aparıblar.

Faktinfo.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, Xətai rayonu general Şıxliniski küçəsi 38 ünvanında yaşayan 9 sakinin avtomobilindən oğurluq olub. Cinayətkarlar ancaq həyətlərdə park edilən ''Mersedes'' markalı minik maşınlarını hədəf seçiblər. Zərərçəkmişlərin sözlərinə görə, onlar avtomobillərdən mobil telefon, pul və digər əşyalar aparılıb.

Hadisə yerinə yaxın olan Nəsrəddin Tusi küçəsində də bir neçə avtomobildən oğurluq edilib. Həmin ünvandakı minik maşınlarından da eyni üsulla qiymətli əşya və pul aparıblar. Ordakı zərərçəkmişlər də oğurluq edənlərin bir qrup şəxs olduğunu və gecə vaxtı məhlə-məhlə gəzərək silsilə cinayətlər törətdiklərini iddia edirlər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi