Xətai rayonunda nadir ağaclar məhv edildi

Xətai rayonunda nadir ağaclar məhv edildi 

Xətai rayonunda yaşıllıqlar məhv edilib. 32 Eldar şamı və sərvcinsli ağacın kəsilməsi faktı qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a daxil olan məlumata görə, Xətai rayonunun Neapol küçəsi ilə Nəsrəddin Tusi küçələrinin kəsişməsində yerləşən yaşıllıq sahəsində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayət nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı müxtəlif diametrli 32 Eldar şamı və sərvcinsli ağacın qanunsuz kəsilməsi faktı aşkarlanıb. Faktla bağlı akt tərtib edilib. Toplanmış sənədlər tədbir görülməsi üçün Xətai Rayon Polis İdarəsinə göndərilib.

Eyni zamanda, həmin ərazidə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən yeni ağacların əkilməsi təmin olunub. Ərazi nazirliyin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Faktinfo.az 


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi