![Xidmət rəisinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edildi](https://www.faktinfo.az/uploads/posts/e2d4582346dab3e8523a04a9635609e8.jpeg)
Xidmət rəisinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edildi
Ədliyyə Nazirliyi Penitensiar xidmətində növbəti kadr dəyişikliyi olub.
Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında ədliyyə naziri Fərid Əhmədov Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisovu vəzifəsindən azad edib.
Nazirin digər əmri ilə həmin müəssisədə Əməliyyat-Rejim işləri üzrə müavin vəzifəsində işləyən Elnur Hüseynov 13 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin olunub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın