Xırdalanda yanaraq həlak olan tanınmış ekstrasensdir

Xırdalanda yanaraq həlak olan tanınmış ekstrasensdir 

Xırdalanda yaşayış kompleksində yanğın zamanı baş verimiş ölümlə bağlı maraqlı təfərrüatlar üzə çıxıb.

Yanğın baş vermiş evdən meyidi aşkarlanan şəxs Natiq Camal oğlu Şıxəliyevdir.  Qonşuların verdiyi xəbərə görə, mərhum N.Şıxəliyev tanınmış ekstrasens olub. Yanğın baş verən mənzil özünə məxsus olub. Yarımtəmirli mənzildə tək yaşayırmış. Dünən həmin mənzildə qadınla dava səsi gəlirmiş. 

Qonşular N.Şıxəliyevin öldürüldüyünü iddia edirlər. 

Hazırda hadisə yerində prokurorluq əməkdaşları araşdırma aparır. İstintaq N.Şıxəliyevin yanğın nəticəsində, yoxsa qəsdən öldürülməsini üzə çıxaracaq. //Criminal.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi