“Yanlış anlama”: Azərbaycan lağa qoyulur?

“Yanlış anlama”: Azərbaycan lağa qoyulur? 

Son bir neçə həftədir ki, “Yanlış anlama” filmi Türkiyə və Azərbaycan tamaşaçısının müzakirəsindədir. İki ölkənin ortaq işi hesab olunan film yaxın günlərdə ekranlara çıxsa da, heç də hər kəs tərəfindən birmənalı qarşılanmayıb.

Komediya filmi Türkiyənin “Dada produksion” şirkətinin dəstəyi ilə çəkilib. Məlumat üçün bildirək ki, filmdə Türkiyədə maddi baxımdan problemlərlə üzləşən bir ailənin başına gələnlərdən bəhs edilir. Ailə Azərbaycandan onlara qalan mirasa görə İstanbuldan Bakıya gəlir. Azərbaycana gələn türkiyəli ailə burada dilimizdə olan bəzi sözlərin türkcədə başqa anlam verməsi üzündən müxtəlif komik situasiyalara düşürlər. Film də bu hadisələr üzərində qurulub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi