YAP-da islahatlar davamlı olacaq-

YAP-da islahatlar davamlı olacaq- Xaçmaz,Xızı rayon təşkilat sədrləri də əvəzlənəcək

2021-ci ilin yanvar ayından Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatlarında yığılan üzvlük haqları və partiyaya ayrılan vəsaitin xərclənməsində şəffaflığı şübhə altına alan informasiyalar yayımlandı.

Mart ayının 5-də partiyanın növbədənkənar qurultayı keçirildi, bir sıra rayon təşkilat sədrləri dəyişdirildi. Sentyabr ayının 10-da isə Bakının 9 rayon şöbəsinin sədri əvəzləndi.

Faktinfo.az saytının əldə etdiyi məlumata görə, YAP rayon şöbələrində yoxlamaların davamlı olacağı, sonra bir sıra yaşlı təşkilat sədrlərinin yeni simalarla əvəzlənməsi davam etdiriləcəkdir. Saytın əldə etdiyi məlumata əsasən bildiririk ki, Xaçmaz, Xızı rayonlarının YAP rayon sədrləri vəzifələrindən uzaqlaşdırılacaq.

Qeyd edək ki, Şəmsəddin Xanbabayevin 82 yaşı var və bir müddət əvvəl Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyevin isə 71 yaşı var, həmçinin rayon Suvarma Sistemləri İdarəsinin  rəisidir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi