YAP sabiq deputatı sıralarından qovuldu

YAP sabiq deputatı sıralarından qovuldu 

Nazim Məmmədov YAP sıralarından uzaqlaşdırılıb və onun partiya ilə heç bir əlaqəsi yoxdur.

Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidməti SİA-nın sorğusuna cavab olaraq deyib. Mətbuat xidmətindən qeyd edilib ki, keçmiş millət vəkili Nazim Məmmədov 2000-ci ildən YAP-ın üzvü olub. Lakin 2010-cu ilin parlament seçkilərində qeyri-etik davranışına və Partiyanın Nizamnamə tələblərinə, prinsiplərinə zidd hərəkətinə görə YAP-ın sıralarından uzaqlaşdırılıb.

“Artıq Nazim Məmmədovun partiya ilə heç bir əlaqəsi yoxdur və YAP-ı təmsil etmir”, - məlumatda bildirilib.

Qeyd edək ki, son vaxtlar keçmiş millət vəkili Nazim Məmmədovun sosial şəbəkələrdə və bəzi KİV-lərdə etdiyi çıxışları onun “siyasi mövqeyini” dəyişdiyini göstərir./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər