Yaqub Məmmədov:“Əbülfəz Elçibəy mənə nazir olmağı təklif etdi, İsa Qəmbər qoymadı”

Yaqub Məmmədov:“Əbülfəz Elçibəy mənə nazir olmağı təklif etdi, İsa Qəmbər qoymadı” 

“1992-ci ildə partiya yaratdım, ancaq onu Xalq Cəbhəsinin vaxtında qeydiyyatdan keçirmədilər. O vaxt Respublika Prokurorluğunun rəhbərliyinə məni dəvət edib dedilər ki, sənədlərini geri götür, partiya yaratma, sən ölkədə partiya yaratmaqla, siyasətlə məşğul olmaqla, ölkənin ictimai-siyasi prosesini pozursan. Məcbur olub geri götürdüm. Ondan sonra daha partiya yaratmaq fikrindən əl çəkdim”.

Faktinfo.az bildirir ki, bu sözləri Oxu.az-a müsahibəsində keçmiş Ali Sovetin sədri, 1992-ci ilin mart-may aylarında ölkə prezidentinin səlahiyyətlərini icra etmiş Yaqub Məmmədov deyib. Y. Məmmədov 1992-ci ildə hakimiyyətə gəlmiş Azərbaycan Xalq Cəbhəsinin dönəmində vəzifəyə təyinatı ilə bağlı bəzi məqamları açıqlayıb.  O, bildirib ki,  sabiq prezident Əbülfəz Elçibəy tərəfindən müşavir vəzifəsi təklifi alıb.

“Ali Sovetin sədrliyindən gedəndən sonra mən o zaman ölkə prezidentinin səlahiyyətlərini icra edən İsa Qəmbərin qəbuluna getdim. Mənim tərəfimdən təşəbbüs oldu, onlar məni dəvət eləməmişdilər. Getdim, Elçibəy də onun yanında idi. Elçibəy mənə  dedi ki, siz işləmək istəyirsiniz? Dedim ki, siz təklif edin, mən deyim harda işləyə bilərəm.

 Mənə bir neçə vəzifə təklif elədilər. Dedilər ki, qayıdın öz yerinizə, instituta gedin, rektor vəzifəsində işləyin. Dedim, o instituta təzədən qayıtmağım nə qədər məqsədəuyğundur? Yaxşı deyil. Onda Elçibəy təklif elədi ki, səni səhiyyə naziri təyin edək. Dedim, nə olar. Həmin vaxt səhiyyə naziri Rahim Hüseynov. Mən özüm təyin eləmişdim. Dedi ki, ya təhsil naziri, ya səhiyyə naziri. İsa Qəmbər tərəddüd elədi. Onda Elçibəy mənə dedi ki, gəl elə səni humanitar işlər üzrə dövlət müşaviri təyin edək, burda bir yerdə işləyək, sən təcrübəli adamsan və bizə lazımsan. Dedim, yox, bu aparatda (Prezident Administrasiyası nəzərdə tutulur – red.) artıq işləməyim, mən yaramaz. Mən burda prezident səlahiyyətini icra eləmişəm, indi durum şöbədə işləyim, kimsə “knopka”nı bassın, gündə mənə göstəriş versin, mənə yaraşmaz bu”.

Yaqub Məmmədov daha sonar səhiyyə naziri postu ilə bağlı təklif aldığını bildirib:  “Mənə müstəqil bir vəzifə, nə istəyirsiniz verin, mən də gedim, işləyim, bir az da kömək edim. Onda qərara aldılar ki, səhiyyə naziri olum. İsa Qəmbər dedi ki, səhiyyə nazirini Yaqub bəy özü təyin eləyib, o da cəmi üç aydır işləyir. Elçibəy dedi, nə olar, Rahimi də rektor təyin edərsən, gedib rektor işləyər, bir yerdə işləyərlər. Nəsə qərara aldılar ki, məni səhiyyə naziri göndərsinlər. Elçibəy dedi ki, İsa bəy, sərəncamı verin, gedin, təqdim edin, bu məsələni uzatmayın, bu gün həll edin. Dedi, yox, bəy, tələsik nəyə lazım. Sabah saat 11:00-da Yaqub bəylə görüşərik. O sabah saat 11 söhbəti o gedən getdi quyunun dibinə.

Səhəri gün saat 11:00-da zəng elədim, telefonu götürmədilər, məni qəbul eləmədilər. Məndən sonra, görünür, öz aralarında nəsə söhbət oldu, kimsə nəsə müdaxilə elədi, neynədi, olmadı”. Y. Məmmədov vurğulayıb ki, daha sonar Tibb İnstitutuna rector təyin olunması barədə qərar imzalanıb: “Bircə dəfə İsa Qəmbərin imzası ilə kağız gəldi ki, qayıdım öz vəzifəmə – rektorluğa. Onun köməkçisi mənim də köməkçim olmuşdu – Gürşad Zərbəliyev. O gəldi, məni təbrik elədi ki, nəhayət, İsa Qəmbər qol çəkdi, siz rektor işləyə bilərsiniz. Sonra da kimlərsə onu-bunu öyrətdi, yazdılar, pozdular, qatıb-qarışdırdılar aləmi, qoymadılar işləməyə. Onda Elçibəyə nə qədər zəng elədim, əlaqə yarada bilmədim. İsa Qəmbərin yanına getdim,  Ali Sovetdə hamı məni tanıyırdı, buraxdılar, getdim İsa Qəmbərin qəbuluna. O da dedi, baxaram, neyləyərəm, başından elədi, bir sözlə. Sonra mənim müdafiə komitəmi yaratmışdılar, onlar İsa Qəmbərin qəbulunda olmuşdular. Mən Zəhra xanımdan sonra rektor olmuşdum.

Zəhra xanım da məni müdafiə edənlərin tərkibində gedəndə İsa Qəmbər demişdi, siz nə əcəb onu müdafiə edirsiniz? Demişdi, o məndən çox güclü adamdır, çox iş görüb və çox iş görə bilər, elə adamını işdən niyə çıxarırsınız? Demişdi ki, güclüləri çıxarıram, zəifləri çıxarmaq asan olur, bizə lazım deyil elə adam”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi