Yaşlı erməninin etirafı :

Yaşlı erməninin etirafı : “Şuşa əhalisinin 96%-i azərbaycanlılar olub, Şuşa tarixi Azərbaycan şəhəridir”

Ermənilərin öz aralarındakı mübahisəsi marağa səbəb olub.

Bir qrup öz aralarında şiddətli şəkildə Şuşa şəhərinin kimə aid olmasını müzakirə ediblər.

Onların arasında daha yaşlı olanları gənclərə başa salmağa çalışıb ki, Şuşa tarixən Azərbaycana məxsus, azərbaycanlıların yaşadığı və onların dədə-baba yurdu olub. Gənc erməni isə hiddətlə və acıqla sübut etməyə çalışır ki bu, belə deyil.

Amma yekunda gənc erməni yaşlıların özündən əmin, faktlı və qəti mövqeyi qarşsında deməyə söz tapmayıb və mübahisə sona çatıb.

Göründüyü kimi,ermənisanda əhali birmənalı şəkildə Azərbaycan torpaqlarına iddia edirdilərsə,artıq kifayət qədər etiraflar da var ki, Şuşa və ümumilikdə Qarabağ hətta,Qərbi Azərbaycan torpaqları Azərbaycana məxsusdur.44 günlük müharibədəki uğurlarımız erməniləri bir çox etirafda bulunmağa vadar edib.

Qarabağ Azərbaycandır! 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər