‘’Yaxşı edir bəzi məmurlar sizin haqqınızı, pulunuzu yeyir’’-

‘’Yaxşı edir bəzi məmurlar sizin haqqınızı, pulunuzu yeyir’’- Nadir Qafarzadə

Müğənni Nadir Qafarzadə sosial media hesabında onu tənqid edənlərə, qınaq atəşinə tutanlara münasibət bildiirb.

Müğənni ‘’İnstagram’’ hesabında video yayımlayaraq onu  "Nadir deyirdi mənim soyuducum doludur, professorun yox" sözlərinə aydınlıq gətirib.

‘’Bir neçə gündür müşahidə edirəm, susuram, üstümə gəlirsiz. Məndən nə istəyirsiniz? Sizə nə etmişəm? Bəlkə koronavirusu Azərbaycana mən gətirib, işsizliyi yaratmışam? Nə pisliyimi gördünüz? "Hər zaman ehtiyacı olan insanların yanında olmuşam. Deməli, düz etməmişəm. Kimsə yazıb Nadir deyir professor acdı, mən yox. Niyə soruşmursuz ki, Nadir bunu harada deyib? Sosial şəbəkədəkilər cahildir, savadısızlıq bu ölkədə çoxdur. Axı Allah ağıl verib sizə. Mövzu bitdi, keçdiz Nadirə?

Bir neçə gün bundan əvvəl vətənpərvərlik üçün bayraq qaldırıb, şəhid üçün ağlayırdıq. İndi nə oldu. Bəsdirin insanları təhqir edib, haqlarına girdiniz. Heç nəyin dəqiqliyinə varmadan kompüter arxasına keçib Nadiri qınayırsız. Bu pandemiya ərəfəsində mən və həmkarlarım kimlərə əl tutmadı. Yaxşılıq etmək lazım deyilmiş, insan çiy süd əmib. Mən hər zaman insanları düşünmüşəm.Çünki bir zamanlar mən də kasıb olmuşam. Yaxşı edir bəzi məmurlar sizin haqqınızı, pulunuzu yeyir"-deyə, o qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi