"Yaxşı" qəbir yerini Yasamal qəbiristanlığında 9 min manata təklif etdilər

"Yaxşı" qəbir yerini Yasamal qəbiristanlığında 9 min manata təklif etdilər 

Qanunla qəbir yerlərinin satılması qadağan olunsa da, qəbiristanlıq biznesi hələ də davam edir.

Dəfələrlə məsələ, hətta parlament səviyyəsində müzakirə olunsa da, nəticə dəyişmir. Bu günlərdə Zaur Əliyev adlı sosial şəbəkə istifadəçisi vəfat edən atasına qəbir yeri almağa getdiyi məzarlıqlarda gördüyü mənzərədən danışıb. Bildirib ki, bir neçə məzarlıqda torpaq ayrılması üçün ondan böyük məbləğdə pul tələb olunub. Dəfn zamanı rəsmi dövlət qiyməti müsəlmanlar üçün 63 manat, qeyri-müsəlmanlar üçün isə 75 manat təşkil etsə də, yer üçün 3-4, hətta 5 min manat tələb edənlər olub. Yasamal qəbiristanlığında isə ona 9 min manatlıq "yaxşı yer” təklif edilib. Hətta ucuz olduğu üçün Zaur Əliyevə Hövsan qəsəbə qəbiristanlığı məsləhət görülüb. Sosial şəbəkə vasitəsilə Zaur Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Qafqaz Müsəlmanlar İdarəsini sərt tənqid edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Yaqut Əliyeva məsələdən xəbərdar olduğunu bildirsə də, açıqlama verməkdən yayınıb. Bildirib ki, onlara bu barədə rəsmi sorğu göndərilməlidir./cebhe.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər