Yeni Zelandiyada iki məscidə hücum - Ölənlərin sayı 40-a çatdı

Yeni Zelandiyada iki məscidə hücum - Ölənlərin sayı 40-a çatdı 

Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məciddə atışma baş verib.

Məlumatı “Nyu Zeland Herald” qəzeti yayıb. İnsident nəticəsində 27 nəfər ölüb.

İlk hücum şəhərin Linvud yaşayış məntəqəsində baş verib. Hücum zamanı məsciddə 300 nəfər olub. Şahidlər hücumu həyata keçirən şəxsin başında, gözündə eynək olan ağdərili olduğunu bildiriblər. Hücum zamanı onun həmçinin canlı yayım apardığı da vurğulanıb.

Şəxsin hücumdan öncə 37 səhifəlik manifest yayımladığı və öz addımını terakt adlandırdığı da açıqlanıb.

“1 Nyus” televiziyası isə həmin gün başqa bir məscidə, eyni zamanda xəstəxanaya hücum həyata keçirildiyi barədə məlumat yayıb.

Yeni Zelandiya polis komissarı Mayk Buş isə hücumla əlaqədar 4 nəfərin saxlanıldığını deyib. Onun sözlərinə görə, 4 şübhəlinin saxlanılması zamanı polis mütləq cəsarət nümayiş etdirib.

***

Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məciddə baş verən atışma zamanı ölənlərin sayı 40-a çatıb.

Bu barədə ölkə KİV-ləri məlumat yayıb.

Xəstəxanalarda 48 nəfər yaralının olduğu deyilir.//Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi