"Yeri ərzaq məhsulları 5.2 faiz bahalaşıb" - "Səbəb istehsal xərclərinin artmasıdır...

"Yeri ərzaq məhsulları 5.2 faiz bahalaşıb" - "Səbəb istehsal xərclərinin artmasıdır... 

Dövlət Statistika Komitəsi hər ay 140-a yaxın ərzaq məhslunun ölkə üzrə orta pərakəndə satış qiyməti barədə məlumatlar dərc edir. Siyahıda eyni məshul çeşidinin 2 qrup üzrə qiymətləri də ayrıca qeyd edilir: yerli və idxal məhsulu.

Məlumat bazasında yerli və idxal məhsulun pərakəndə qiymətləri ayrıca göstərilir.

Məlumatları təhlil edən iqtisadçı ekspert Rövşən Ağayev bildirir ki, ötən ilin noyabr ayı ilə müqayisədə 2020-ci ilin noyabrın sonunda idxal məhsulları səbətində 2 fazilik bahalanma görsənir.

"Amma məsələnin maraqlı tərəfi odur ki, statistikada eyni dövrdə idxal olunan hazır qida məhsullarının qiymət indeksinin 17%, idxal olunan bitki mənşəli məhsulların qiymət indeksinin 10%-ə yaxın artdığı görünür. İdxal qiymətini şərti olaraq topdansatış qiyməti də saya bilərik. Bu baxımdan pərakəndə və topdan idxal qiymətləri arasında kifayət qədər böyük fərq diqqəti çəkir" - deyə Ağayev qeyd edib.

Başqa maraqlı məqamda diqqət çəkən ekspert yerli ərzaq məhsulları səbətinin pərakəndə satış qiymətlərinin daha çox - 5.2 faiz artdığını deyir: "Statistikada görünən odur ki, bu artımın əsas səbəbi istehsalın bahalaşmasıdır. Belə ki, rəsmi məlumata görə, 2020-ci ildə bitkiçilik məhsullarının istehsalçı qiymət indeksi 5.1%, heyvandarlıq məhsullarının qiymət indeksi isə 4.5% artıb. 

Təəssüf ki, Statsitika Komitəsi məhsul növləri üzrə topdansatış qiymətlərə dair mütləq məbləğlərdə rəqəmləri dərc etmir. Məsələn, Rusiya statistikasında görmək olur ki, ötən il hər ton taxılın, 1 yumurtanın, 1 ton soğanın istehsalçı qiyməti necə olub, bu il həmin rəqəmlər necə dəyişib. Belə statistika konkret məhsul növləri üzrə topdan və pərakəndə qiymətlərin dinamikasının müqayisəli izləmək üçün çox önəmlidir".

/AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi