Yüksək vəzifəyə təyin edilən Elnur Əliyev kimdir? -

Yüksək vəzifəyə təyin edilən Elnur Əliyev kimdir? - Dövrü mətbuatda yayılan xəbərlərdə onun Mikayıl Cabbarovun yaxın qohumu olduğu yazılıb

Xəbər verdiyimiz kimi, İqtisadiyyat naziri Mikayıl Cabbarova yeni müavin təyin olunub.

Nazir müavini təyin olunan 36 yaşlı Elnur Əliyev Mikayıl Cabbarova elə də yad sima deyil. Belə ki, onlar daha öncə də eyni qurumlarda birgə çalışıblar.

 Məlumata görə, Elnur Əliyev vaxtı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Mikayıl Cabbarovun köməkçisi kimi fəaliyyət göstərib. M.Cabbarov Təhsil naziri ikən Elnur Əliyev Nazirliyin informasiya şöbəsinin müdiri vəzifəsində gətirilib. O, eyni zamanda bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub.

 Bakı Dövlət Universitetinin məzunu olan E.Əliyev Vergilər Nazirliyində də Mikayıl Cabbarovla birgə çalışıb. 2017-ci ildə M.Cabbarov Vergilər naziri təyin ediləndə, E.Əliyev onun müşaviri vəzifəsinə gətirilib.

Xatırladaq ki,ixtisasca hüquqşunas olan  Elnur Əliyev haqqında  dövrü mətbuatda yayılan xəbərlərdə onun Mikayıl Cabbarovun yaxın qohumu olduğu yazılıb. /Qafqazinfo.az

Faktinfo.az bildirir ki, yeni nazir müavininin  Mikayıl Cabbarovun xalası oğlu olduğuna dair saytlarda məqalələr yayımlanıb.Bu Elnur Əliyevin   Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi vəzifəsini icra etdiyi dövrə təsadüf edir. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi