Yuyucu tozlar təhlükə saçır-

Yuyucu tozlar təhlükə saçır- Beyni və qaraciyəri zədələyə bilir

Marketlərdə ən çox satılan təmizlik vasitəsi, qeyri-ərzaq məhsulu yuyucu tozlardır. Hamı camaşırlarını daha yaxşı yumaq, daha təmiz etmək üçün iri-iri torbalarda ən yaxşı vasitəni almağa çalışır.

Ən yaxşı yuyucu toz – paltarları keyfiyyətli yuyub, ləkə aparandır- alıcılar belə düşünür. İndi həm də ətirli tozlar çıxıb, geyimlərindən gül, dağ,  meşə ətri gələcək.  Alıcılar qəşəng qoxan məhsulu sevər. Bu azmış kimi körpələr, uşaqlar, allergiyası olanlar üçün başqa tozlar istehsal olunur. Guya onlar daha təhlükəsizdir. Elə burda alıcını bir sual düşündürməlidir: uşaq üçün adi yuyucu toz təhlükəlidirsə, onda deməli bu tozlar ümumiyyətlə insana ziyan olmalıdır. 

Bu barədə Medicina.az   hər gün bol-bol istifadə etdiyimiz yuyucu tozların insan səhhətinə zərərini araşdırıb. Artıq çoxdandır ki, ekoloqlar, həkimlər həyəcan təbili çalır:  paltar yumaq üçün istehsal olunan tozlar zərərlidir.

İstənilən yuyucu tozun tərkibində PAB, ağardıcı və fosfat var.  Kimyəvi ağarma xlor tərkibli maddələrin sayəsində baş verir. Xlor isə çox aqressiv maddədir. Həkimlər allergiyası olanlara xlor qadağan edir. Tozların tərkibində olan hipoxlorit ürək-damar, onkoloji xəstəliklər, dəri zədələnməsi, saçların korlanmasına səbəb olur.
Optik ağardıcı fluor maddəsi parçanın dərinliyinə hoparaq, süni ağlıq və parlaqlıq effekti yaradır.  Hətta rəngli paltarlar üçün tozlara da bu maddə qatılır. Amma uşaq geyimləri üçün olan tozlara bu maddə qatılmamalıdır. Təəssüf ki, çox uşaq geyimi üçün tozlara da bu qatılır.

Tozların tərkibində olan PAB maddədən ən təhlükəlisi anionlardır.  Bu kimyəvi tərkib insanın immunitetini zəiflədir, beyni , ağciyərləri, böyrək və qaraciyəri zədələyir.Fosfatlar – suyu yumşaldır, bununla da PAB-ların effektiv təsirini artırır.

Təcrübədə bu qənaət üçün tətbiq olunur, yuyucu tozdan az istifadə etməyə səbəb olur. Yəni az tozla daha çox paltar yumaq olur.  70-ci illərdən başlayaraq bu maddənin insana zərəri barədə şübhələr yarandı. Bu gün çoxsaylı elmi təcrübələr var, hansı ki, PAB və fosfatların ətraf mühit, insan səhhəti və uşaqlar üçün təhlükəli zərərini sübut edib. Artıq Almaniyada qanuni səviyyədə yuyucu tozlarda fosfatın qatılması qadağan olunub. İspaniya, Fransa, İngiltərədə isə yuyucu tozun tərkibində 12% - I aşmamaq şərtilə icazə var. Rusiyada isə yuyucu tozlara 50% fosfat qatılır.

Həkimlər deyir: fosfatlar allergik reaksiya, tənəffüs yolları xəstəlikləri, bronxit, astmanın səbəbidir.  Bir çox ekoloji təmiz məhsul istehsal edən brendlər tozlarda fosfatı polikarboksilatla əvəz edir. Əgər belə tərkibdə toz varsa, onu alın.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi