Zaqatala rayon İcra Hakimiyyəti başçısının milyonluq istirahət mərkəzi

Zaqatala rayon İcra Hakimiyyəti başçısının milyonluq istirahət mərkəzi – FOTOLAR

Zaqatala rayonun icra başçısı Mübariz Əhmədzadənin obyektləri üzə çıxıb.

Arqument.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb. O qeyd edib ki, icra başçısı Qax rayonunun Qaxbaş kəndində 54700 kv metrlik (5.5 hektar) ərazisi olan “Residence” ailəvi istirahət mərkəzinin sahibidir.Həmin obyektin dəyəri isə milyonlarla ölçülür. Araşdırmaçı sübut kimi 2008-ci ildə tikintisinə icazə verilmiş obyektin sənədlərini də təqdim edib.Yazıdakı iddialara Zaqatala Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb. Qeyd: Mübariz Əhmədzadə 10 ildir ki, Zaqatalanın icra başçısıdır. O, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşıdır.

"Residence" ailəvi istirahət mərkəzi ile ilgili görsel sonucu

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi