Zaur Mikayılova Hidroqovşaq rəisindən şikayət olundu:

Zaur Mikayılova Hidroqovşaq rəisindən şikayət olundu: "Rövşən Lətifov suyu Tovuz rayonundakı sahələrə yönləndirdiyi kimi..."

"İllərdir ki, kəndlilər su problemi ilə üz-üzədir.Poylu kəndinə 1200 hektar sahəyə suvarma suyu verilməyib.Səbəbi də odur ki,suvarma suyu yoxdur."

Faktinfo.az xəbər verir ki,bu fikirləri sosial şəbəkədə Gülnar İsmayılova yazıb."Su Tovuz rayonuna verildiyi kimi Ağstafanın əkin sahələrinə də verilsə pis olmaz.

Ağstafaçay Hidroqovuşağı İstismar İdarəsinin rəisi Rövşən Lətifov suyu Tovuz rayonundakı sahələrə yönləndirdiyi kimi,idarənin yerləşdiyi rayonun kəndlərini də nəzərə almalıdır. Ağstafanın kəndləri lazımi qədər suvarma suyu ilə təmin olunmursa , suyun çox hissəsinin Tovuza verilməsində nə maddi marağı var? Ağstafanın bir neçə kəndi,o cümlədən Poylu kəndinin sakinləri suvarma suyuna möhtacdır.Su olduğu halda bu kəndə də su verilsin.Buradan, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov cənabına müraciət edirəm,yaranmış vəziyyətə diqqət yetirsin,"-deyə,Gülnar İsmayılova vurğulayıb. 
























































Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər