“Zəngilan Azərbaycan, İsrail və İtaliya əməkdaşlığının mərkəzi olacaq” - Səfir

“Zəngilan Azərbaycan, İsrail və İtaliya əməkdaşlığının mərkəzi olacaq” - Səfir 

İsrailin Azərbaycandakı səfiri Corc Dik Ermənistanın işğalından azad olunmuş Zəngilan rayonunda “Smart City” layihəsi çərçivəsində həyata keçiriləcək layihələrdən danışıb.

Diplomat tvitterdə səfərdə olduğu Zəngilan rayonundan videomüraciət paylaşıb.

Onun sözlərinə görə, Zəngilanda İsrail texnologiyasından istifadə edilərək, süd istehsal olunan müəssisə yaradılacaq.

“Bu gün biz Zəngilandayıq. Mənim arxamda indi hələ ki, heç nə yoxdur. Ancaq İsraildə dediyimiz kimi, heç bir şey olmadığı yerdə hər şey mümkündür. Bura azərbaycanlılar, israillilər və italiyalılar arasında beynəlxalq əməkdaşlıq üçün yer olacaq. Azərbaycanın ilk ağıllı şəhəri yaradacağı məhz bu yerdə İsrail şirkətinin süd təsərrüfatı qurulacaq. Burada İsrail texnologiyasından istifadə edilərək, süd istehsal edən bir müəssisə yaradılacaq. Sonra məhsullar yaxındakı İtaliya fabrikinə veriləcək. İtaliya fabiriki isə pendir və digər süd məhsulları istehsal edəcək”, - səfir bildirib.

Diplomat deyib ki, bu əməkdaşlıq Zəngilanın bu hissəsini canlandıracaq və insanları evlərinə qaytaracaq: “Bu əməkdaşlıqdan çox qürur duyuruq. Hazırda burada heç bir şey yoxdur. Gələn il bura Azərbaycan, İsrail və İtaliya əməkdaşlığının mərkəzi olacaq./Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi