Zərdab rayon rəhbərliyi “Aprel şəhidi”nin atasını hədələyib:

Zərdab rayon rəhbərliyi “Aprel şəhidi”nin atasını hədələyib: -"Oğlunuzun şəhid adını əlindən aldıracam"

Zərdab rayonu Böyükdəkkə kənd sakini, aprel şəhidi Nurlan Abdullayevin atası Abdullayev Rasim Tapdıq oğlu Faktinfo.az -a şikayət məktubu göndərib.

Şəhid atası bildirir ki, oğlu Nurlan Abdullayev 05 aprel 2016-cı il tarixdə şəhid olub: “Nurlan ailəmizin yeganə oğlu idi. Mən oğlum Nurlanın vətənin azadlığı uğrunda şəhid olmasından fəxr edirəm.Ancaq Zərdab rayon icra başçısı Lütvəli Babayev onun qanunsuz əməlləri barədə prezident İlham Əliyevə şikayət etdiyim üçün ailəmizi təzyiqlərə, hədələrə məruz quyub”.

Şikayətçi yazır ki, evi yaşamağa yararsız vəziyyətdə olduğu üçün prezident İlham Əliyevə ərizə ilə müraciət edib, yeni mənzil inşa edilməsinə köməklik göstərməsini xahiş edibmiş: “Həmin ərizəm icra olunması üçün Zərdab rayon icra hakimiyətinə göndərildi. Bundan hiddətlənən Lütvəli Babayev məni və həyat yoldaşımı hədələyib, dedi ki, oğlunuzun şəhid adını əlindən aldıracam, mən bunu bacararam…”.

Şəhid atası yazır ki, özü də Qarabağ müharibəsi veteranıdır: “Qaynım Mustafayev Qaraoğlan Ağamirzə oğlu 1-ci qrup Qarabağ müharibəsi əlilidir. Mənim oğlum şəhid Nurlan hərbi xidməti Naxçıvanda etmişdi. Gizir kimi hərbidə qalıb qulluq edirdi. Xüsusi təyinatlı kəşfiyyatçı idi. Zabit olmaq üçün oxuyurdu. Şəhid Nurlan hərbi xidmətdə fərqlənməyə görə dəfələrlə order və medallarla təltif olunmuşdu. Oğlum məlum 2016-cı ilin aprel döyüşlərində Talışkənddə qəhrəmancasına şəhid oldu….

Mən, mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib, xahiş edirəm, gəlib bizim ailə vəziyyətimizi, ev şəraitimizi görüb, bizə yaxından köməklik edəsiniz”.

Şikayətlə bağlı qarşı tərəfdən mövqe öyrənmək mümkün olmayıb. İcra başçısını da dinləməyə hazırıq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi