Zülfəli İsmayılovun miyonluq fırıldağı

Zülfəli İsmayılovun miyonluq fırıldağı 

Bakı sakini Aygün Quliyeva ailəsinin fırıldaqla üzləşdiyini iddia edir...

Bakı şəhəri, Nəsimi rayonu, Füzuli döngəsi 9-da yaşayan Quliyeva Aygün Baba qızı, başda prezident İlham Əliyev olmaqla, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova və Baş prokuror Kamran Əliyevə məktub göndərərək ailəsinin fırıldaqla üzləşdiyini bildirib.

Çox maraqlıdır ki, Aygün Quliyevanın bəhs etdiyi fırıldağın üstünün açılmasının səbəbi dövlət orqanının apardığı araşdırmadır. Belə ki, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti Füzuli döngəsi 9-da yerləşən və ona məxsus mənzili 1 417 500 (bir milyon dörd yüz on yeddi min beşyüz) manata satmağıma baxmayaraq, əldə olunan gəlirlərin müvafiq vergi bəyannamələrində göstərilməməsi hesablanacaq vergi məbləğlərində kənarlaşmanın yaranmasına səbəb olmasını üzə çıxarıb. Bunun qarşısını almaq üçün Bakı Vergilər Departamentinin rəis müavini, kiçik vergi xidməti müşaviri Tahir Məcidov Aygün Quliyevaya məktub göndərərək, Vergi Məcəlləsinin 37, 67 və 83-cü müddəalarına əsasən, vergi orqanının vergi öhdəliklərimin yenidən hesablamaq hüququna istinad edir. Yəni 1 417 500 (bir milyon dörd yüz on yeddi min beşyüz) manata satılmış əmlaka görə yenidən vegi hesablayacağı bildirilir.


Qeyd edək ki, Aygün Quliyevanın atası Quliyev Baba Qəzənfər oğlu Bakı şəhəri, Füzuli döngəsi 9-da yerləşən, ümumi sahəsi 136.9 kv/m, yaşayış sahəsi 91.1 kv/m, yardımçı sahəsi 45.8 kv/m olan 6 otaqlı fərdi yaşyış evinin ona məxsus hissəsini Bakı Şəhər İcra Hakimiyyətinin adından çıxış edən İsmayılov Zülfəli Üzeyir oğluna satdığını təsdiqləyən alqı-satqı müqaviləsində mülkün qiyməti 141 750 manat olaraq göstərilib. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Nəzarət Şöbəsinin müdiri olan İsmayılov Zülfəli Üzeyir oğlu ilə Quliyev Baba Qəzənfər oğlu arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi 13 saylı dövlət notariat kontorunun böyük dövlət notariusu Hüseynova İradə Tanrıverdi qızının iştirakı ilə 11.02.2015-ci ildə (on bir fevral iki min on beşinci il) bağlanıb.


Bakı Vergilər Departamentinin rəis müavini, kiçik vergi xidməti müşaviri Tahir Məcidov Aygün Quliyevaya məktubundan belə aydın olur ki, guya Bakı şəhəri, Füzuli döngəsi 9-da yerləşən, ümumi sahəsi 136.9 kv/m, yaşayış sahəsi 91.1 kv/m, yardımçı sahəsi 45.8 kv/m olan 6 otaqlı fərdi yaşyış evinə görə 1 417 500 (bir milyon dörd yüz on yeddi min beşyüz) manat ödənib. Halbuki, alqı-satqı müqaviləsində qiymət on dəfə az göstərilib. Aygün Quliyeva burada böyük bir dələduzluq baş verməsindən şübhələnir və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Nəzarət Şöbəsinin müdiri olan İsmayılov Zülfəli Üzeyir oğlunun bu əməlinə hüquqi qiymət verilməsini və əmlakın satışı zamanı baş vermiş dələduzluq hadisəsi dövründə ondan gizlədilmiş məbləğin tam şəkildə ailəsinə ödənməsini təmin etməyi xahiş edir. Bu fərqin isə 1 275 450 (bir milyon ikiyüz yetmiş beş min dördyüz əlli) manat təşkil etdiyini qeyd edən Aygün Quliyeva bu məbləğin ailələrinə ödənəcəyi halda gəlirlərə görə vergiləri tam şəkildə, gecikmədən Bakı Vergilər Departamentinin rəis müavini, kiçik vergi xidməti müşaviri Tahir Məcidovun tələb etdiyi qaydada dövlətə ödəyəcəyinə zəmanət verdiyini də qeyd edir.


Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Nəzarət Şöbəsinin müdiri olan Zülfəli İsmayılovun adı dəfələrlə belə qalmaqallı hadisələrdə hallanıb. Hətta belə iddiaların bəziləri məhkəmə araşdırmasının da mövzusu olub. Aygün Quliyevanın dövlət rəsmilərinə müraciətində Bakı Vergilər Departamentinin məlumatına istinad edərək, nəhəng miqyaslı maliyyə fırıldağının baş verdiyinə diqqət çəkir. Bu fırıldağa hüquqi qiymət vermək, Aygün Quliyevanın ailəsinin pozulmuş hüquqlarını bərpa etmək və nəhəng məbləğli maliyyə fırıldağında iştirakı olanları məsuliyyətə cəlb etmək isə müraciətdə adları keçən şəxslərin vəzifə borcudur.

Arzuman LOĞMANOĞLU

Hürriyyət.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi