10 TƏYYARƏ, YANACAQ KOLONU MƏHV EDİLDİ, ONLARLA TANK ƏLƏ KEÇİRİLDİ - 64 kilometrlik rus kolonu isə...+ FOTOLAR/VİDEO

10 TƏYYARƏ, YANACAQ KOLONU MƏHV EDİLDİ, ONLARLA TANK ƏLƏ KEÇİRİLDİ - 64 kilometrlik rus kolonu isə...+ FOTOLAR/VİDEO 

Rusiya ordusu ötən gün ərzində də Ukraynada canlı qüvvə və texnika sarıdan ağır itkilər verib.

 Xəbər verildiyi kimi Kiyev ətrafındakı Brovarı rayonunda Rusiya ordusunun tank polkuna artilleriya və hava zərbələri endirilib, bu zaman polk komandiri də daxil olmaqla onlarla hərbçi ölüb. Bir neçə tank sıradan çıxarılıb, bir tank və bir MTLB personal daşıyıcı qənimət götürülüb.

Ukrayna Silahlı Qüvvələrinin “Şimal” əməliyyat Komandanlığının yaydığı məlumatda isə deyilir ki, Çerniqov vilayətində düşmənin üstün qüvvələri ilə döyüşün nəticəsi olaraq Rusiya ordusunun 10 tankı, zenit-raket kompleksi və zirehli təxliyə maşını qənimət olaraq ələ keçirilib. Rusların canlı qüvvə sarıdan itkiləri barədə məlumat verilmir.

Virtualaz.org -ın məlumatına görə, Sumı vilayətində isə Rusiya ordusunun təchizat kalonu darmadağın edilib. Sosial şəbəkələrdə bu hücumun nəticələrinə dair kadrlar yayılıb, kadrlardan məlum olur ki, çoxsaylı yanacaq və təchizat maşını yandırılıb, məhv edilib.

“Müharibənin ikinci həftəsində ruslara nəhayət çatıb ki, kalonu sadəcə olaraq irəli göndərmək yox, onu müşaiyət etmək də lazımdır. İndi təchizat kalonu ilə “Tiqr” zirehli maşını və BTR-80 gedir. Amma...indiki halda onlara bu da kömək etmədi”, - Facebook istifadəçisi Dmitri Putyata həmin kadrları paylaşaraq yazıb.

Kadrlardan məlum olur ki, rusların təchizat kalonunu hava hücumundan qorumaq üçün “Osa-M” zenit-raket kompleksi də müşaiyət edib, amma həmin texnika da vurulub. Sıradan çıxarılan yanacaq maşınlarının sayı 10-dur. Ukraynalı hərbi jurnalist Yuri Butusov əməliyyatı belə şərh edib: “Rusiya ordusunun yanacaqdolduran kalonunun nümunəvi şəkildə darmadağın edilməsi...Şübhəsiz ki Ukrayna döyüşçülərinin bu uğurlu hücumu Rusiya qoşunlarının hücum əməliyyatlarına ağır zərbə vurmuş oldu”.

Digər məlumata görə Ukrayna xüsusi təyinatlıları Rusiyanın “Pantsir -S1” zenit raket-top kompleksini qənimət olaraq ələ keçiriblər. Bu kompleksin qiyməti 15 milyon dollardır. Əməliyyatın harada keçirildiyi göstərilmir.

Ukrayna Silahlı Qüvvələrinin Hava Komandanlığı isə bildirir ki, martın 10-da düşmənin 10 döyüş təyyarəsi məhv edilib. Habelə Ukrayna aviasiyası düşmənin iki kalonuna sarsıdıcı hava zərbələri endirib.

Məlumatda deyilir ki, Rusiya Hava Kosmik Qüvvələri ötən gün ərzində 7 Su-25, habelə Su-34 itirib, sonuncu aldığı zədə ilə aerodroma qayıtmağa çalışsa da Rusiya ərazisində yerə düşüb. Quru qoşunları isə öz növbəsində iki Su-25 vurublar, bu təyyarələrin vurulması fotomateriallarla təsdiqlənib. Onlardan biri “Stinger” raketi ilə vurulub.

Bütün bunlar Rusiya ordusunun ötən gün verdiyi itkilərin heç də hamısı deyil.

Rusiya ordusu müharibənin başlanmasından bu yana ilk dəfə Dnepr şəhərinə hücum edib.

Martın 11-i səhər saatlarında Rusiya qoşunları şəhərə raket zərbələri endiriblər. Şəhərə hücum zamanı sirenalar işə düşüb. Raket zərbələri endirilmiş ərazilərə xilasedicilər cəlb olunublar.

Bu arada bir müddət əvvəl Kiyevə doğru hərəkət etdiyi bildirilən Rusiya ordusuna məxsus 64 km uzunluğundakı kolonla bağlı yeni məlumat və görüntülər yayılıb.

Musavat.com “Maxar Technologies” istinadən xəbər verir ki, peykdən çəkilmiş yeni görüntülərə görə, kolonun bəzi elementləri Lubyanka yaxınlığındakı meşələrə və meşəlik ərazilərə yerləşdirilib.

Yedəkli artilleriya, zirehli texnika və tanklar Antonov aviabazasından təxminən beş kilometr şimal-qərbdə - Lubyanka yaxınlığında seyrək ağac kolluğunda gizlədilib.


***

“Rusiya ələ keçirdiyi ərazilərdə fəal təbliğat kampaniyası aparmağa başlayıb”. Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Qurumdan bildirilib ki, Rusiya Ukraynanın Xerson vilayətində adminstrativ-polis rejimi qurmağa cəhd göstərir.

Rəsmi informasiyaya görə, Rusiya hərbçiləri Çerniqov vilayətində itki verməkdə davam edir: “Rəqib ayrı-ayrı yaşayış məntəqələrində beynəlxalq humanitar hüquq normalarını pozaraq qarət edir, girov götürür və mülki vətəndaşları edam edir”.

Məlumata əsasən, Rusiyanın Rostov vilayətində islah-əmək müəssisələrində məhbuslara amnistiya qarşılığında Ukraynada döyüşmək təklif olunur.

Bildirilib ki, Ukraynanın Silahlı Qüvvələri Rusiya ordusunun hücum əməliyyatlarının qarşısını alır və cavab verir.

Xatırladaq ki, bu gün, martın 11-i Rusiyanın Ukraynada başladığı hərbi əməliyyatların 16-cı günüdür.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər