
Bakı Metropolitenində yetişən mühəndislərimiz digər respublikalara örnək olub - Götürək elə Arif Rəsulovu...
"Bakı Metropoliteni" QSC-dən də yazın. Ora kimlər vəzifəyə gətirilir. Metropolitenin rəisi Vüsal Aslanov bir-biri ilə əlaqəli olan, yerin altında unikal və mürəkkəb infrastrukturun idarə olunmasını kimlərə etibar edir.O, şəxslər arasında metronu dərindən bilən mühəndislər varmı?"- və s. qeyd edilir.
Faktinfo.az saytı bildirir ki, əslində toxunulan mövzu ay ərzində milyonlarla vətəndaşımızın istifadə etdiyi, həqiqətən də mürəkkəb mexanizm olan yeraltı nəqliyyat növü metrodan bəhs etdiyindən fikir bildirməyi münasib bildik. Bəri başdan onu da bildirək ki, metroya dair mövqeyimizi,anlayış dairəmizə aid yanaşmamızı müxtəlif zamanlarda da sərgiləmişik.
Məsələn, sərnişinlərin qatarlardan düşüb, qatara daxil olmalarına, qatar stansiyalarında oturacaqların quraşdırılmasının zəruriliyinə və digər məsələlərlə bağlı təklif xarakterli yazılar yazmışıq. Allah tərəfi olub ki, yazılardan sonra bir sıra sağlam düşüncəyə söykənən təkliflərin nəzərə alındığını, həmin istiqamətdə açıqlamaların olduğunu müşahidə də etmişik.
Lakin hazırkı yanaşma ilə bağlı oxucumuza bildirmək istəyirik ki, mütəxəssis olmadığımızdan kadr məsələləri ilə bağlı mövzuya fikir bildirməkdə çətinliyimizin olduğu təbii qəbul edilməlidir. Bunun üçün həm konkret faktlara, digər tərəfdən mütəxəssis və ya ekspert rəyinə əsaslanmaqla yazmaq məqsədəuyğundur. Bu əsasla yanaşmamız ümumi qaydada ola bilər və deyə bilərik ki, "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov kimləri vəzifələrə təyin edirsə demək ki, o, həmin şəxsləri hərtərəfli olaraq hamıdan yaxşı tanıyır, özü də tutduğu vəzifənin məsuliyyətini bu əsnada digərilərindən üst səviyyədə dərk edir.
O ki, qaldı "yeraltı nəqliyyat növü metronu dərindən bilən mühəndislərimiz varmı" sualına dair qənaətə bəli var! Olmasa idi hazırda metroda nəqliyyatın hərəkəti məhdudlaşardı və bir sıra təmir işlərinin görülməsi mümkünsüz olardı. Bu barədə qətimkan tədbirində danışıb qeyd etmək olar ki, uzun illər Bakı Metropolitenində tunel qurğularının rəisi olmuş,metroya rəhbərlik etmiş mərhum şəxslər - Cəfər Yusifov və Tağı Əhmədovun dövründə orada texniki şöbədə onlarla mühəndis yetişib.Hər iki şəxsin rəhbərliyi altında formalaşmış mühəndis korpusu uzun illər tunel qurğuları,yol xidmətində çalışıb püxtələşmiş, hazırda metronun idarə olunması üçün önəmli kadr potensialı hesab edilirlər.
Heç uzağa getməyək. Götürək, elə çoxunun tanıdığı Arif Rəsulovu. Adam bu gün metroda işləməsə də, orada əmək fəaliyyətinə fəhləlikdən başlayıb, Bakı Metropolitenində müxtəlif vəzifələrdə çalışıb, uzun illər işləyə-işləyə təkmilləşib. Bu şəxs tunellərin inşasını,yeraltı suların idarə olunmasını, xətləri, eskalatorları, yüzlərlə bir-biri ilə əlaqəli olan və s. mürəkkəb yeraltı mexanizmləri dərindən bilən respublikamızda ən savadlı mühəndislərdən hesab olunur. Yeri gəlmişkən, 10-15 il bundan qabaq Arif Rəsulov istifadəyə verilmiş metro stansiyalarının tikintisində də yaxından iştirak edən mühəndis kimi tarixə keçib. O, bu fəaliyyətinə görə, ölkə prezidenti tərəfindən mükafatlandırılıb.
Nümunəni ona görə Arif Rəsulovdan gətirdik ki, onun bilik və bacarığından yeri gəldikdə keçmiş SSRİ məkanında yerləşən respubilkalarda da istifadə edilib, bəlkə indi də edilir. Bu mənada Bakı Metropolitenində yetişən mühəndislərimiz digər respublikalara örnək olub.
Faktinfo.az












Bu xəbər üçün şərh yazın