117 saylı Oğuz-Qəbələ Seçki Dairəsi:

117 saylı Oğuz-Qəbələ Seçki Dairəsi: Kim üstündür?

9 fevral növbədənkənar parlament seçkiləri ilə bağlı gərgin mübarizənin getdiyi ərazilərdən biri 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsidir.Sözügedən dairədən 10 nəfərin namizədliyi qeydə alınsa da,mübarizənin əsasən 3 iddiaçı arasında getdiyi aşkar görünür.Bunlar hazırkı deputat,namizədliyi YAP tərəfindən irəli sürülmüş Aqiyə Naxçıvanlı,jurnalist Ləman Ələşrəfqızı və “Ümid”partiyasının təmsilçisi Elçin Hacıyevdir.

Başlayaq jurnalist həmkarımız Ləman Ələşrəfqızından.”Real” Təhlil İnformasiya Mərkəzi MMC-nin layiyə rəhbəri olan bu xanım uzun illər televiziya müxbiri kimi fəaliyyət göstərib.Onlarla problemin həllinə nail olub,jurnalistlik fəaliyyəti əksər hallarda müsbət qarşılanıb.Lakin bu amili əsas götürüb,onun həm də millət vəkili seçiləcəyini qəti şəkildə  söyləmək bir qədər çətindir.Çünki 117 saylı Seçki Dairəsinin əhatə etdiyi Oğuz və Qəbələ seçicilərinin Ləman Ələşrəfqızını millət vəkili seçiləcəyi təqdirdə hansı səviyyədə fəaliyyət göstərəcəyi haqda aydın təsəvvürləri yoxdur.Yəni seçicilərin baxışına hakim kəsilən bu cür tərəddüd hisslərinin istər-istəməz Ləman Ələşrəfqızının əleyhinə işləyəcəyi ehtimalı böyükdür.Digər tərəfdən həyat təcrübəsinin nisbətən az olması da oz rolunu oynaya bilər.

Digər namizəd-Oğuz rayonu Xaçmaz kənd  1nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi Hacıyev Elçin Səda oğlu daha çox üzvü olduğu partiyanın adına ümid bəsləyə bilər.Belə ki,onun təmsilçisi olduğu “Ümid”partiyası ölkədə az-çox tanınır və buna görə deputatlığa namizəd seçicilərin bir qismini özünə cəlb etməsi mümkündür.Lakin bu halın kütləvi xarakter alacağını söyləmək çətindir.Çünki partiya təmsilçisini dairə üzrə əksəriyyət kəsim tanımır.Məhz buna görə Elçin Hacıyevin şansını çox da yüksək qiymətləndirmək olmur.

Digər əsas namizəd-Aqiyə Naxçıvanlı ilə bağlı vəziyyət isə bir qədər fərqlidir.Əvvəla onu qeyd edək ki,bu şəxs uzun illər keçmiş  Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifəsində çalışıb, siyasi elmlər doktoru,professordur. AMİ-nin yüzlərlə,minlərlə keçmiş tələbəsi hazırda 117 saylı Seçki Dairəsinin əhatə etdiyi Oğuz və Qəbələdə yaşayır,işləyir.Onlar təbii ki,öz müəllimlərinin uğur qazanması üçün təbliğatlarını Aqiyə Naxçıvanlının xeyrinə aparacaqlar.Bundan əlavə nəzərə aldıqda ki, Aqiyə Naxçıvanlının valideynləri - atası Həbib Naxçıvanski, anası Səriyyə müəllimə ilk dəfə olaraq məhz Oğuz rayonunun  Bucaq kəndində pedaqoji fəaliyyətə başlayıblar,Bucaq və ətraf kəndlərin neçə-neçə nəsil şagirdlərinin layiqli vətəndaş kimi yetişməsinə böyük əmək sərf ediblər,onda deyə bilərik ki,Aqiyə Naxçıvanlı həm də bu elin-obanın övladı kimi qəbul ediləcək.Belə anlaşılır ki,həm valideynlərinə ,həm də özünə rəğmən yetişdirdikləri onlarla pedaqoqların da Aqiyə Naxçıvanlını dəstəkləyə biləcəyi ehtimalı yüksəkdir.

Başqa bir amil ondan ibarətdir ki,A.Naxçıvanlı iki çağırış  bu dairənin millət vəkili olub.Bu müddətdə əhali ilə bir xeyli görüşlər keçirib,yaxın ünsiyyət qura bilib.Problemi olanlara gücü çatan qədər köməklik göstərib.Bütün bunlar isə seçkinin nəticələrinə təsirini göstərməyə bilməz. Digər önəmli olan isə odur ki, o seçdiyi dairə üzrə "büdrəyə" biləcəyini ehtimal etsəydi,yəqin ki,namizədliyini başqa dairədən verər və ya seçkilərə qatılmazdı.

O da həqiqətdir ki,kifayət qədər nüfuza malik olmayan, seçicilərin qəbul etmədiyi şəxs həmişə konkret eyni dairənin üzərində dayanmaq istəmir ki, bu da onun həmin dairədə qəbul edilmədiyinə dəlalət edir.

Daha bir  diqqət çəkən məqam  odur ki,A.Naxçıvanlı nə ötən 5 ildə seçicilərə göstərdiyi xidmətə,nə də hansısa sözü keçən səlahiyyət sahibinə arxayın olub,bir yerdə dayanmır.Seçkidə seçilən tərəf üçün başlıca rol oynayan  bu kriteryaları Aqiyə Naxçıvanlı yaxşı bilir.O pedaqoq olduğu qədər həm də psixoloqdur.Seçiciləri ilə görüşüb onların psixologiyasına uyğun siyasət yürütməyi bacarır, oratorluq edib minlərlə seçicinin iradəsini özünə tabe etdirməkdə opponentindən fərqlənir ki,bu da seçkidə namizədin xeyrinə işləməyə bilməz.

İctimai rəyə gəlincə,Aqiyə Naxçıvanlı deputat olduğu illərdə siyasi ritorika naminə bir kəlmə belə yersiz söz danışmayıb,sosial şəbəkələrdə tənqid hədəfinə gəlməyib. 

 Belə görünür ki, bu dairədə mübarizə daha çox Aqiyə Naxşıvanlı ilə Ləman Ələşrəfqızı arasında gedəcək,amma bir az əvvəl yuxarıda qeyd etdiyimiz kimi, 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsində  deputat seçilmək şansı daha yüksək olan namizəd Aqiyə Naxçıvanlıdır.

Düzdür, Ləman Ələşrəfqızını  müəyyən kəsim seçicilər qəbul etsə də,etiraf edilməlidir ki, təcrübə və hər seçicinin psixologiyasına uyğun davranmaq,seçki prossesində əsas əmsallardan hesab edilir.Yəni namizədlə görüşən hər seçicinin  səsini həmin namizədə verəcəyi də beynəlxalq praktikada yekdil deyil.  

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi