“26 minə yaxın üzvümüz var...” – Əli İnsanovun partiyası

“26 minə yaxın üzvümüz var...” – Əli İnsanovun partiyası 

“Haqq Ədalət Partiyasının (HƏP) Ədliyyə Nazirliyinə təqdim etdiyi 6000-ə yaxın yeni üzvü ilə birlikdə 26000-ə yaxın üzvü var”.

Bu barədə sabiq səhiyyə naziri Əli İnsanovun sədri olduğu partiyanın mətbuat xidməti məlumat yayıb.

Açıqlamada qeyd olunur ki, 20 000 nəfər üzvün partiyaya üzvlük üçün müraciət edərkən tələb olunan ərizələr və şəxsi məlumatlar pərakəndə şəkildə alınıb. Bu cür müraciətlər əsasında toplanmış üzvlük sənədləri partiyanın reyestrində ciddi nöqsanlar yaradıb.

Göstərilən nöqsanların tez bir zamanda aradan qaldırılması üçün İdarə Heyəti işçi qrupu yaradıb. HƏP sədri Əli İnsanov bildirib ki, 2023-cü il sentyabrın 4-də Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin rəisinin imzası ilə Haqq Ədalət Partiyasının ofisinə məktub göndərilib. Məktubda bildirilib ki, “Siyasi partiyalar haqqında” qanuna əsasən düzəlişlər edilərək Ədliyyə Nazirliyinə yenidən təqdim edilmiş HƏP üzvlərinin reyestrinin düzgünlüyü təsdiqlənib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi