29 may tarixindən Gürcüstanda ictimai nəqliyyat fəaliyyətini bərpa edib

29 may tarixindən Gürcüstanda ictimai nəqliyyat fəaliyyətini bərpa edib 

Gürcüstanda yeni növ koronavirus infeksiyası ilə əlaqədar 31 martdan fəaliyyətini dayandıran ictimai nəqliyyat mayın 29-da fəaliyyətə başlayır.

Həm metro, həm də Tbilisidə və respublikanın digər şəhərlərində avtobuslar və mikroavtobuslar ölkə vətəndaşlarının istifadəsinə veriləcək.

Bununla belə, ictimai nəqliyyata maskasız daxil olmağa icazə verilməyəcək. Buna metroda konduktorlar və polis əməkdaşları, avtobuslarda isə sürücülər nəzarət edəcək.

Bundan əlavə, hökumətin və epidemioloqların qərarı ilə avtobuslarda və mikroavtobuslarda kondisionerlərin istifadəsi qadağandır. Səfərlər zamanı ancaq pəncərələrin açılmasına icazə var. Mikroavtobus sürücülərinə, həmçinin ayaqda sərnişin daşımaq qadağan ediləcək. /apa

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi