“32 saylı məntəqədə qadın paltarını dəyişərək, yenidən səs verib” - İDDİA - VİDEO

“32 saylı məntəqədə qadın paltarını dəyişərək, yenidən səs verib” - İDDİA - VİDEO 

Sumqayıt şəhər, 41 saylı seçki dairəsinin, 32 nömrəli seçki məntəqəsində iştirak edən müşahidəçisi Cavid İsmayılov bir qadının paltarını dəyişərək iki dəfə səs verdiyini iddia edib.

Yeniavaz.com xəbər verir ki, o, qanun pozuntusunu həmin məntəqədə olan əməkdaşlarımıza bildirib.

 “Sumqayıt şəhəri, 41 saylı seçki dairəsinin, 32 nömrəli seçki məntəqəsində qanun pozuntusu aşkar etdim. Bir xanım səs verdikdən sonra gedib, paltarını dəyişdi və daha sonra məntəqəyə gəlib yenidən səs verdi.  Bunu görüb, xanımın şəkillərini çəkib müdaxilə etdim və bu zaman bizə qarşı təzyiqlər oldu. Daha sonra həmin xanım özündən getdi, dedilər ki, təzəlikcə əməliyyat olunub. Burada biz heç bir qanuna zidd hərəkət etməmişik, sadəcə öz vəzifə borcumu yerinə yetirib saxtakarlığı aşkar etmişəm” – deyə, müşahidəçi bildirib.

32 nömrəli məntəqənin sədri Kəmalə Şirvani Yeniavaz.com-a açıqlamasında müşahidəçinin seçiciyə şər atdığını bildirdi: “Xanımın içəri girərkən barmaq izi yoxlanılıb və qanuni formada səs verib. Daha sonra isə çıxanda müşahidəçi həmin xanıma şər atıb”.

Sözügedən məntəqədən əməkdaşlarımızın çəkdiyi videoreportajı təqdim edirik:

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi